image-elnurbackend

“Ermənistan 200 min azərbaycanlının hüquqlarını pozub” -Elnur Allahverdiyev

image-reklam_sirab_01

“Dünən Milli Məclisin plenar iclasında Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında bəyanat qəbul edildi. Bu sənəd tarixi əhəmiyyətə malikdir. Çünki dövlətimiz qanunverici orqan səviyyəsində bütün dünyaya soydaşlarımızın ötən əsrin sonlarında növbəti dəfə tarixi yurdumuzdan zor gücü ilə deportasiya olunduğunu bəyan edir.” -bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Millət vəkili əlavə edib ki, bütün dünya bilməlidir ki, 200 min azərbaycanlının hüquqları pozulub.

“Ciblərində Ermənistan pasportu olan və qanunsuz şəkildə Azərbaycan ərazisi – Qarabağda yaşayan ermənilərin könüllü köçünü “genosid” kimi qələmə verən ölkələr və mərkəzlər bilməlidirlər ki, dövlətimiz hər bir qaçqın soydaşımızın hüquqlarını tam bərpa edilənədək qoruyacaq!
Bu gün Milli Məclisdə Qərbi Azərbaycan mövzusu ilə bağlı daha bir tədbir keçirildi. “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” adlı sərgidə tarixi vətənimizlə bağlı maddi mədəniyyət nümunələrinin fotoları, xəritələr, toponimlərimizi əks etdirən materiallar nümayiş olundu.”-deyə Elnur Allahverdiyev əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image