image-1687600330_cavansir_feyziyevbackend

Ermənistan reallıqları qəbullanmaqda zorlanır- Cavanşir Feyziyev

image-reklam_sirab_01

“Həm Qarabağ ərazisində, həm də Ermənistan-Azərbaycan şərti sərhəddində baş verənlər göstərir ki, Ermənistan sülh sazişini imzalamaq istəmir. Eyni zamanda, rəsmi İrəvan 44 günlük müharibədən sonrakı reallıqları qəbullanmaqda zorlanır. Nəticədə, Ermənistan xarici havadarlarının dəstəyinə ümidlənərək bölgədə sülhün bərqərar olmasına maraq göstərmir. Ona görə də həm Ermənistan ərazisindən, həm də separatçılar tərəfindən davamlı silahlı təxribatlar törədilir”.

Bunu News365.az-a açıqlamasında Millət vəkili Cavanşir Feyziyev deyib.

O bildirib ki, Ermənistan Qarabağ ərazisinə üçüncü ölkənin “sülhməramlı” qüvvələrini gətirməyə cəhd edir:

“Lakin, rəsmi İrəvan bir məsələni unudur ki, vasitəçilərin Qarabağa gətirilməsi Azərbaycanın müstəsna səlahiyyətidir. Ona görə də nəinki Ermənistanın, hətta qlobal güclərin bu məsələdə Azərbaycana qarşı bütün tələbləri cavabsız və səmərəsiz qalacaq. Çünki, Azərbaycan öz ərazilərində suveren hüquqlarını müdafiə edir və bu hüquqları heç kimə güzəştə getmək fikrində də deyil. Ona görə də bədnam qüvvələrin Azərbaycan ərazisinə üçüncü qüvvələrin gətirilməsi cəhdlərinin heç bir perspektivi yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image