image-1628234435_bd4e7e01-7221-3627-a8ba-29245ee19079_850backend

“Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub” – Müdafiə Nazirliyi

image-reklam_sirab_01
Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə Veteninfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki