image-arzuman_muradli-yeni_foto_-2backend

“Ermənistan Türkiyədən demokratik ölkədirmi?” -Arzuman Muradlı

image-reklam_sirab_01

Son günlər  Azərbaycana Qərbdən təzyiqin artdığı müşahidə olunmaqdadır. Həmişə olduğu kimi, bir çox Qərb təşkilatları ikili standartlara yenə Azərbaycanı hədəf alıb.  Əvvəl “Freedom House” Azərbaycanı hədəf alan hesabat yayıb. Sənəddə deyilir ki, dünya diqqətini Ukraynaya yönəltdiyi halda, guya “Dağlıq Qarabağda mülki əhali avtoritar mühasirə ilə üz-üzədir və demokratik ölkələrin təcili yardımına ehtiyacı var”.

Politoloq Arzuman Muradlı hesab edir ki, Qərbin öz məqsədləri var.

Vətəninfo.az-a açıqlamasında Arzuman Muradlı bildririb ki, ikili standartlarla yanaşma həmişə özünü büruzə verib.

“Təkcə 1992-ci ildə ABŞ-da qəbul edilmiş “Azadlığı müdafiə aktına 907-ci düzəliş”i misal göstərmək kifayətdir ki, Qərbin yanaşmasındakı ikili standartlar barədə təsəvvür formalaşsın. Həmin vaxt Azərbaycanın rayonları ard-arda Ermənistan tərəfindən işğal edilirdi. Amma ABŞ və digər Qərb institutları Azərbaycanı ittiham edirdilər ki, guya Ermənistanı blokadada saxlayır. 907-ci düzəlişin mahiyyəti budur. Bu baxımdan, deyə bilərik ki, ABŞ başda olmaqla, Qərb institutlarının Azərbaycana qarşı qeyri-obyektiv, ikili standartlarla yanaşmalarının ən azı 31 illik tarixi vardır”

Politoloq hesab edir ki, bunlar geopolitik oyunlardır.

“ABŞ, Qərb mərkəzləri belə vasitələrlə təsir göstərib Azərbaycana öz şərtlərini qəbul etdirmək istəyiblər. Amma prosesə kənar müdaxilələr də mövcuddur. Məsələn, “Freedom House” (ABŞ), “Sərhədsiz Reportyorlar” (Fransa) və digər bu kimi təşkilatlar təkcə ərazilərində yerləşdikləri dövlətlərin deyil, həm də fərqli güc mərkəzlərinin sifarişini icra edirlər. Konkret olaraq adını çəkdiyimiz bu iki təşkilatın beynəlxalq “erməni şəbəkəsi” ilə əlaqələri isbata yetirilmiş faktdır. Onlar müxtəlif maraqlar qarşılığında fərqli güc mərkəzlərinin, o cümlədən “erməni şəbəkəsinin” də sifarişlərini icra edirlər. 2 ay öncə-mart ayında ABŞ-da növbəti Demokratiya sammiti keçirildi. Həmin sammitə nə Türkiyə, nə də Azərbaycan dəvət edildi. Ermənistan isə çağırıldı. Ermənistan Türkiyədən demokratik ölkədirmi? Təbii ki, yox. Bəs nə üçün Ermənistanı dəvət etdilər, amma Türkiyəni yox? Bu onu deməyə əsas verir ki, Qərbin Türk dövlətlərinə qarşı bir nifrəti var. Bu müəyyən mənada başa düşüləndir. Çünki Qərb ölkələri din amilindən burada istifadə edirlər. Bu birbaşa onu deməyə əsas verir ki, Qərb beyin mərkəzləri din amilini önə çəkməklə müəyyən mənada islam dininə qarşıdırlar.” – deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image