image-1backend

Ermənistanın anti-Rusiya koalisiyasına qoşulmağa məcbur edirlər – Armen Rüstəmyan

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, erməni deputat Armen Rüstəmyan Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsini biabırçılıq adlandırıb.

“Bu macəra çoxdan başlayıb. Dəfələrlə demişik ki, min sualla KTMT-dən şikayət edə bilərsiniz, strateji tərəfdaşımızın davranışından şikayət edə bilərsiniz, amma vektorun dəyişməsi, Rusiya-Birləşmiş Qərb müharibəsinin Ermənistana keçəcəyi anlamına gələn addımlar atılır. ” deyə o, Milli Məclisdə jurnalistlərlə söhbətində bildirib

Rüstəmyanın fikrincə, bunun Ermənistan üçün ən dağıdıcı nəticələri ola bilər.

“Bizə   anti-Rusiya cəbhəsinə qoşulmasını tələb edirlər. Bu bizim sonumuz ola bilər.”, – deyə Rüstəmyan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki