image-10-1backend

Ermənistanın hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi hələ çox tezdir

image-reklam_sirab_01

“Aprelin 14-də Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılışında Dövlət Bayrağımızın özü də rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən yandırılması birbaşa barbarlıq əməlidir. Belə hərəkətlərlə aydın görünür ki, Ermənistan sivilzasiyadan hələ xeyli uzaqdır. Bu ölkənin hər hansı beynəlxalq tədbirə ev sahibliyi etməsi çox tezdir. Ona görə də beynəlxalq təşkilatlar bunu nəzərə almalıdır. Azərbaycan saysız-hesabsız bundan da daha mötəbər idman yarışlarını nümunəvi şəkildə keçirib, heç bir xoşagəlməz hadisə baş verməyib. Dünyanın idman ictimaiyyəti də bunu həmişə etiraf edib”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun illər bu ölkəni sülhə dəvət etdi, amma onlar işğalçı, xain xislətlərindən əl çəkmədilər, getdikcə hədlərini daha çox aşdılar: “Bu gün də onlar masa arxasında əyləşib danışıqlar aparmaq, sülhə gəlmək mədəniyyətində deyillər. Həmçinin Ermənistan cəmiyyətində birmənalı şəkildə etnik nifrət, rasizm, Azərbaycanofobiya düşüncəsi tüğyan edir. Onların beyinləri tamamilə zəhərlənib. Bu səbəbdən idi ki, ötən gün bayrağımızı yandıranı iştirakçılar utanmadan alqışladılar. Sosial şəbəkələrin erməni seqmentində hətta onu qəhrəman kimi təqdim edirlər. Hadisənin daha diqqət çəkən tərəfi isə həmin açılış mərasimində Ermənistanın baş naziri, digər rəsmi şəxsləri iştirak edir və onların gözü qarşısında bu hadisə törədilir. Bu kimi hallar onların dayaz mahiyyətini ortaya qoyur”.
AHİK sədri əlavə edib ki, Azərbaycan idmançılarının yarışlarda iştirakdan imtina etməsi tamamilə düzgün qərardır, çünki çox zəif təşkil edilib və təhlükəsizliyə heç bir təminat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki