image-img-20230629-wa0006backend

“Ermənistanın öz öhdəliklərini yerinı yetirməməsi bölgədə gərginliyi artırır”

image-reklam_sirab_01

Ermənistanın məhz Vaşinqton danışıqları zamanı sərhəddə törətdiyi təxribat danışıqları pozmaq cəhdidir. Təsadüfi deyil ki, Vaşinqton danışıqlarında da Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyi bir daha diqqətə çatdırılıb. Qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən hələ

də çıxmaması, hərbi-siyasi təxribatların davam etdirməsi birbaşa sülh səylərinə xələl gətirir.
Təbii ki, heç bir təxribat cavabsız qalmır. Prezident İlham Əliyev də bəyan edib ki, bizə qarşı edilən hər bir təxribata layiqli cavab verilir, istər hərbi, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq.
Ermənilərin bu dəfəki təxribatı da Qisas əməliyyatı ilə layiqli cavabını aldı. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam istiqamətində törətdiyi təxribata cavab olaraq, erməni terrorçular məhv edildi.
Bundan əvvəl Sarıbaba, Fərrux əməliyyatları zamanı da Azərbaycan ordusu erməni terrorçularına öz yerini göstərmişdi. Rəsmi Bakı bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi hərəkətlərlə bağlı cavab tədbirləri görüb. Təbii ki, bu, Azərbaycanın hüququdur.
Görünən budur ki, regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur. Onun Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırmasının heç bir əsası yoxdur.
Ümumiyyətlə, Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsi qəbuledilməzdir.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı daha dəqiq sözlər deyilməlidir. Bundan sonra həmin ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq.
Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycan normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətindədir. Bununla belə, yeni təxribatlar davam edəcəyi təqdirdə bunun cavabı daha ağır olacaq. Müzəffər Ali baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr günü ərəfəsində bəyan etdiyi kimi, ordumuz indi daha güclüdür. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və əgər bizim təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki