image-unesco_14_9_21-175backend

Etibar Əsədli  – Parisdə yeni “Muğam” albomu

image-reklam_sirab_01

24 Sentyabr 2021-ci il tarixində Fransanın Paris şəhərində məhşur Azərbaycanlı bəstəkar, pianoçu Etibar Əsədlinin yeni “Muğam” musiqi albomu işıq üzü görüb. Dünya şöhrətli musiqiçilərin yer aldığı bu albom artıq 3 ildir ki hazırlanmaqda idi.

 

Veteninfo.az xəbər verir ki.bəstəkarın sözlərinə görə Albomun əsas konsepti Mikrotonal pianodur, yəni O, Pianonu Azərbaycan muğamlarına kökləyərək pianoda muğama yaxın səs tonlarını yəni 4-də 1 notları əldə edib. Bu konsept Avropalı musiqiçilər tərəfindən təəccüb ilə qarşılanıb.

 

Nəzərinizə çatdıraq ki, Etibar Əsədli bu layihəni reallaşdırmaq  üçün 3 ay Piano kökləmə dərsləri almış və piano üzərində çox sayda eksperimentlər edərək Muğamlara ən yaxın səslənməni aşkar etmişdir. Albomda dünyaca məhşur sənətkarlar bu layihəyə dəstək verib və ən uğurlu ifalarını təqdim etmişlər:

 

Kanadalı kontrabasist Chris Jenings, İzrailli zərb alətləri ifaçısı Ofri Nehemya, Türk klarinet ifaçısı Hüsnü Şenlendirici, Azərbaycanlı muğam ifaçısı Alim Qasımov və Fərqanə Qasımova, Fransız və Suriyalı Ney / Flüt ifaçısı Naissam Jalal, Azərbaycanlı nağara ifaçısı Natiq Şirinov, Fransız Caz Soul müğənnisi Mae Defays, Azərbaycanlı Balaban ifaçısı Ələfsər Rəhimov, Azərbaycanlı muğam ifaçısı Sahib Asadli və Azərbaycanlı Leyla Muradzadənin rəhbərliyi ilə Bakı xoru iştirak etmişlər. Albomun üz qabığı portreti Azərbaycanın istedadlı rəssamı Bəhruz Kəngərliyə aiddir. Albomu “Asadli music” şirkəti yayımlayıb və bütün rəqəmsal musiqi platformlarından dinləmək mümkündür.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki