image-reklam-veteninfo
image-whatsapp-image-2026-08-20-at-17-25-34backend

Feniks Sağlam Həyat” İctimai Birliyi Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirib

image-reklam-veteninfo

1 dekabr 2023-cü il tarixində “Feniks Sağlam Həyat” İctimai Birliyi Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirib.

Tədbirin əsas məqsədi İİV infeksiyası barədə ictimai məlumatlılığı artırmaq, İİV-lə yaşayan insanlara qarşı stiqma və ayrı-seçkiliyin azaldılmasına dəstək göstərmək, həmçinin onların hüquqlarına hörmətlə yanaşılmasının vacibliyini diqqətə çatdırmaq olub.
Tədbir zamanı İİV-in ötürülmə yolları, profilaktika tədbirləri, vaxtında müayinənin əhəmiyyəti və müasir antiretrovirus müalicənin imkanları barədə məlumat verilib. Bildirilib ki, İİV statusuna əsaslanan ayrı-seçkilik insanların test və müalicə xidmətlərinə müraciət etməsinə maneə yarada, onların sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
“Feniks Sağlam Həyat” İctimai Birliyinin sədri Azər Məmədov çıxışında İİV-lə yaşayan insanların cəmiyyətdə bərabər hüquqlara malik olduqlarını vurğulayıb. O qeyd edib ki, stiqma ilə mübarizədə düzgün məlumatlandırma, ictimai dəstək və müxtəlif qurumlar arasında əməkdaşlıq mühüm rol oynayır.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, İİV profilaktikası, testləndirmə və müalicəyə çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb. İİV-lə yaşayan insanların şəxsi məlumatlarının və məxfiliyinin qorunmasının vacibliyi xüsusi qeyd edilib.
“Feniks Sağlam Həyat” İctimai Birliyi hər kəsi İİV barədə elmi və etibarlı məlumatlardan istifadə etməyə, İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkiliyə yol verməməyə və sağlam, tolerant cəmiyyətin formalaşmasına töhfə verməyə çağırır.
İİV statusu insanın dəyərini müəyyən etmir. Stiqmaya yox, həmrəyliyə və dəstəyə hə!




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki