image-f73a0f21-8288-3d67-bf86-215ca9296088_850backend

Finlandiya və İsveç öz ərazilərində nüvə silahların yerləşdirilməsinə etiraz etməyəcəklər

image-reklam_sirab_01

Finlandiya və İsveç NATO-ya qoşulmazdan əvvəl öz ərazilərində nüvə bazalarının və silahların yerləşdirilməsinə heç bir ilkin şərt irəli sürməyəcək və ya etiraz etməyəcəklər.

Bunu Helsinkidə keçirilən birgə mətbuat konfransında hər iki ölkənin baş nazirləri təsdiqləyiblər.

Finlandiya ərazisində nüvə silahlarının yerləşdiriməsi məsələsinə toxunan ölkənin baş naziri Sanna Marin bildirib ki, rəsmi Helsinki NATO-ya üzv olmadan əvvəl heç bir ilkin şərt irəli sürməməli və heç bir qapını bağlamamalıdır:

“Bu, hazırda fəal müzakirə etdiyimiz bir şey deyil. Biz üzv olduqdan sonra belə məsələləri müzakirə etmək mümkün olacaq”.

İsveçin baş naziri Ulf Kristersson finlandiyalı həmkarı ilə razılaşıb: “Finlandiya və İsveç də oxşar nəticələr çıxarmalı və NATO-nun imkanlarından tam istifadə etməlidirlər”.

İsveçin Silahlı Qüvvələrinin başçısı Mikael Bayden keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahı sahəsində əməkdaşlıqla bağlı hər hansı qeyd-şərtdən çəkinməli olduğunu təsdiqləyib:

“Üzv olmamışdan əvvəl qırmızı xətlər çəkmək yalnız maneələr və sürtünmə yaradır”.

İki Skandinaviya ölkəsi hazırda Türkiyə və Macarıstan tərəfindən NATO-ya üzvlük üçün müraciətlərinin ratifikasiyasını gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki