image-2backend

Fransa, Almaniya və Aİ-ı ölkəmizə qarşı səlib yürüşünə çıxıb -VİDEO

image-reklam_sirab_01

“Xristian klubu  Azərbaycana qarşı səlib yürüşünə başlayıb. Bu qərəzin müxtəlif səbəbləri var. Azərbaycan anti-terror tədbirlərinə başlayan kimi Fransa BMT-nin iclasının cağırdı. Bu fransanın ikiüzlü siyasət həyata keçirdiyini bir daha göstərdi” -bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, iclas başlayan anda artıq bizim başlatdığımız ant-terror tədbirləri başa çatmışdı.

“Ona görə də bu iclasda anti-terror əməliyyatından daha çox ermənilərin guya təzyiqlərə məruz qaldığını qabartdılar. Amma  kadrlarda aydın olurdu ki, Azərbaycan polisi mülki ermənilərə humanistlik nümayiş etdirir.Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin iclasdakı dedikləri isə onu deməyə əsas verir ki, Borel özü erməni lobbisinin təsiri altına düşüb. Bir sözlə bəzi ölkələr Azərbaycana qarşı səlib yürüşünə çıxmışdılar. Ancaq görünən o idi ki, onlar istəklərini həyata keçirə bilmədilər”. – deyə Cavanşir Feyziyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image