“BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmələr keçirilədi. Nə baş verdi? Aydındır ki, bu təşəbbüs yenə BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransadan gəlmişdi. Amma Fransanın bu təxribatı da alınmadı” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın anti-terror əməliyyatının uğurlu nəticəsi və Yevlaxda erməni icmasının nümayəndələriylə ilk görüş Fransanın anti-Azərbaycan planlarını pozub.
“Çünki Fransa nümayəndəsinin Nyu-Yorkda Azərbaycana qarşı “Laçın dəhlizi”, “etnik təmizləmə”, “ermənilərin sosial problemləri” kimi iddialarına tutarlı cavab verildi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda çıxış edərək qeyd etdi ki, artıq ermənilərlə razılaşma əldə edilib, tərksilah və Azərbaycan dövlətinin Qarabağ ermənilərinin sosial problemlərinin həllinə başlanılıb. Azərbaycana dəstək və neytral çıxışlar da olacaq. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamə qəbul edilmədi. Bu beynəlxalq alımdə erməni diasporunun bir daha acı məğlubiyyətini göstərdi”- deyə Arzuman Muradlı bildirib.