image-reklam-veteninfo
image-11backend

Füzuli Abıyev ÖƏK üzvü seçilib

image-reklam-veteninfo

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyinin sədr müavini Füzuli Abıyev 27 noyabr 2023-cü il tarixində Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasına (ÖƏK) keçirilən seçkilərdə Komissiyanın üzvü seçilmişdir.

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən ÖƏK QİÇS (İİV), vərəm və malyariya kimi təhlükəli xəstəliklərin qarşısının alınması və onlara qarşı mübarizə istiqamətində həyata keçirilən beynəlxalq proqramların əlaqələndirilməsində mühüm rol oynayır. Komissiya, həmçinin beynəlxalq qrant və proqramların ölkə üzrə səmərəli idarə olunması və əlaqələndirilməsini təmin edir.

Füzuli Abıyevin namizədliyi zərərin azaldılması istiqamətində fəaliyyət göstərən regional qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülmüşdür. Onun ÖƏK üzvü seçilməsi vətəndaş cəmiyyətinin səhiyyə sahəsində həyata keçirilən beynəlxalq proqramlarda iştirakının və QHT-lərin bu istiqamətdə rolunun artırılması baxımından əhəmiyyətli hadisədir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki