Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Silahlı Qüvvələrin 11 min 831 hərbi qulluqçusu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
xəbər verir ki, təltif olunanlar arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinin rəisi Atakişi Aqil Şəmi oğlu da var.
O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Qeyd edək ki, əslən İmişli rayonundan olan Aqil könüllü olaraq baş leytenant kimi Vətən müharibəsində iştirak edib. Artilleriya tağımının komandiri olaraq Füzuli, Hadrut, Xocavənd istiqamətlərində qızğın döyüşlərdə iştirak edib.