Gələn il Azərbaycanda hüquqi şəxslərin 2 670 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir.
Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bunun 850 milyon manatı neft, 1 820 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək.