image-56backend

Gələn il Azərbaycanda turizmə büdcədən 59 milyon manat xərclənəcək

image-reklam_sirab_01

Gələn il Azərbaycanda turizm infrasturkturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün dövlət büdcəsindən 58,6 milyon manat vəsait ayrılacaq.

Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bunun 2,5 milyon manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə, 56,1 milyon manatı isə iqtisadi fəəaliyyətə yönəldiləcək. O cümlədən, Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC xərclərinin ödənilməsi üçün büdcədən 12 milyon manat alacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki