image-24backend

Gələn ilin dəbi və rəngləri – Tanınmış modelyer AÇIQLADI

image-reklam_sirab_01

Qarşıdan gələn qış mövsümü şübhəsiz ki, özü ilə bərabər bir sıra yeniliklər gətirəcək. Xanımlar bu mövsümün tələblərinə uyğun olaraq qarderoblarını da dəyişməli olacaqlar. Hər mövsümdə hansı rənglərin, geyimlərin dəb olacağı xanımlarımızı düşündürən suallardır. Bəs bu qış hansı geyim və rəng dəb olacaq?

Tanınmış modelyer Fəxriyə Xələfova qışın gözlənilən dəbi ilə bağlı Modern.az-a açıqlama verib.

“Qış mövsümü dəb aləmində iki yerə bölünür. Hazırda 2021-ci ilin dəbidir, biz ondan istifadə edirik. Yeni il gəldikdən sonra isə 2022-ci ilin yeni dəblərini dizaynerlər hazırlaycaqlar. Bu zaman mərhələsi az olsa da, əvvəlki illə yeni ilin dəblərində hər zaman fərq olur.

Hazırda qış mövsümünün əsas tendensiyası sadə görünüşlü və təyinatına görə komfort yaradan geyimlərdir. Pandemiyanın təsiri nəticəsində dəbdəbəli, qlamur görünüşlü geyimlər sadələri ilə əvəz olundu. Bunun səbəbi isə pandemiya dövründə qlamur görünüş tələb edən tədbirlərin təxirə düşməsidir. Qış geyimlərinin ən aktualı üst geyimlərdir. İndi təqdim olunan üst geyimlər yaşdan asılı olmayaraq, daha çox idman üslubundadır. Ötən illərdə böyük ticarət mərkəzlərinə, brendlərə üz tutsaydıq, görərdik ki çox gözəl klassik, retro üslubda kaşmir parçalardan müxtəlif palto kolleksiyaları var. Ancaq indi üst geyimlər parçalardan daha çox yeni texnoloji parça növlərindən tikilir. Həmin parçalar neylon, idman üslubunda, sırıqlı kurtka tiplidir.
Üst geyimlə paralel olaraq daha çox istifadə olunan geyim növü trikotaj geyimlərdir. Builki kolleksiyalarda trikotaj geyimlər üstünlük təşkil edir. Bu da pandemiyanın səbəbidir ki, trikotaj geyimlər rahatdır, komfort yaradandır.
Üslubların arasında klassika birinci yerdədir. Klassika çox gəncləşib. Bu mövsümdə bədən ölçüsündən böyük olan geyim tərzləri papulyarlaşdı. Tanınmış simaların fotosessiyasına baxsaq görəcəyik ki, çoxu bu üslubda geyinib.
2021-ci ildə krassovkaların ən pik həddə istifadə olunduğunu gördük. Ənənəvi ayaqqabı növləri krasovka ilə əvəz olundu, hətta gəlinlik libasların altından platforma tipli krassovkalar təqdim olundu. 2022-ci ilin krasovka dəbində burnu uzun və incə versiyalar hazırlanır. Gələn ilin geyimlərində xəzlər müşahidə olunacaq. Xəzdən çantalar olacaq, ayaqqabılarda dekor olacaq”.

F.Xələfova gələn il zümrüd yaşılı rəngin dəbdə olacağını söyləyib:

“Beynəlxalq rəng təşkilatı hər zaman yeni il üçün bir rəng elan edir. Geridə qoyduğumuz ilin əsas rəngləri limon çalarları və boz rəng idi. 2022-ci ilin əsas rəngi zümrüd yaşılı elan olunub. Gələn ilin qış kolleksiyalarında zümrüd yaşılı rəngi daha aktual olacaq. Məşhurlar bu rəngdə libaslar geyinməyə başlayıb. 2021-ci ildə qara rəngin istifadəsi pik həddə çatmışdı, qara rəngdə çox maraqlı kolleksiyalar təqdim olunmuşdu. Ancaq gələn il qara rəng az müşahidə olunacaq. Zümrüd rəngləri, açıq mavi, bənövşəyi rənglər daha aktual olacaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki