image-1backend

GƏNC ŞAİRİN İLK KİTABI – “Qırmızıdan bənövşəyiyə”

image-reklam_sirab_01

Bu günlərdə Qanun Nəşriyyatı tərəfindən olduqca maraqlı bir kitab işıq üzü görmüşdür. “Qırmızıdan bənövşəyiyə” adlanan bu kitabın müəllifi gənc yazar Zərintac Rəncbərlidir.

image-2

Kitabda öz saf, pak və ülvi hisslərini özünəməxsus tərzdə ifadə edən müəllifin şer və esseləri toplanmışdır. Bu əslən Güney Azərbaycandan – Təbrizdən olan müəllifin ilk kitabıdır.
Zərintac Rəncbərli Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. İxtisasca mühəndis olsa da, onun həmişə ədəbiyyata, poeziyaya xüsusi marağı olmuş, hələ uşaq yaşlarından başlayaraq şer və esselər yazmışdır. 2017-ci ildə Mahmud Kaşğari fondunun “San yarlığı” mükafatına layiq görülmüşdür. Yeri gəlmişkən, Zərintac Rəncbərli bu mükafata layiq görülmüş ən gənc şair olmuşdur.
“Vətəninfo.az” İA ilk kitabının işıq üzü görməsi münasibətilə gənc şair Zərintac Rəncbərlini təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyir !

“Vətəninfo.az” İA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image