Gənc nəslin fikir-düşüncəsinin formalaşmasında müsbət pol oynayacaq “ÖZÜN OLMAĞI BACAR” kitabı “Füyuzat” mətbəəsində işıq üzü görüb. Bu, İLAHƏ HƏBİBin oxucularla ilk görüşüdür. Jurnalistika fakülətəsinin tələbəsi olan müəllif istedadı ilə müəllim və tələbə yoldaşlarının böyük hörmətini qazanıb. İnanırıq ki, psixoloji-fəlsəfi düşüncələrdən qaynaqlanan bu əsər hər kəsə ruhsal olaraq özünəinamı, özünüdərki, qətiyyət və iradəni təlqin edəcək, bədbinlikdən, neqativ enerjidən, depressiyadan qorunmaq üçün məlhəm olacaq.
Müəllifin növbəti əsərinin astronomiya elminə töhfə verəcəyini əminlikə demək olar. Sirlərlə dolu qallaktikanın, göy cisimlərinin hələ də kəşf edilməyən tərəflərinin araşdırılması onun üçün priaritetdi.
Qeyd edək ki, duyğuların tərənnümü, özünəqayıdışın dərki və tövsiyyələrin təqdimatı varlığın isbatıdır. Özün olmaq istəyirsənsə, ağlınla dərk et, ruhunla yaşa, özünə inan. Haqq səni sabaha aparacaq. Haqqa güvən. Güvənsizlik yolçunu yoldan edər. Güvən həm də işıqdır. İşıq gələcək, gələcək isə özünütəsdiqin zamandır. Zamanı qabaqlamağı bacar. Hər şeyə qadir olduğunu isbatla, çünki sən layiqlilərin ən layiqlisisən.
Əlində tutduğun kitabı vərəqlədikcə, özün olmağı bacaracaq, özünü daha yaxından tanıyacaqsan. Çünki sən buna qadirsən – kitabda bəhs edilir.