image-30backend

Gömrükçülər 26 milyon manatlıq narkotik vasitə aşkar edib

image-reklam_sirab_01

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.

Veteninfo.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana “maye sabunlar və uşaq bezi” yükü gətirən “Scania” markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin dartıcısının sol və sağ tərəfində eyni ölçülü yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilər müşahidə olunub.

Bundan sonra “Scania” markalı yük avtomobili ətraflı yoxlanılarkən çənlərin hər ikisinin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olub. Yoxlama məqsədi ilə yanacaq çənləri köməkçi alətlər vasitəsi ilə sökülüb. Baxış zamanı üç hissəyə bölünmüş sol çənin sağ hissəsindəki xüsusi saxlanc yerindən 48 ədəd, dartıcının sağ tərəfində olan yanacaq çəninin içərisindəki xüsusi saxlanc yerindən isə 157 ədəd olmaqla, ümumilikdə 205 ədəd təqribən eyni ölçülü və düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Həmin bağlamalar açılıb və içərisində preslənmiş halda, açıq-qəhvəyi rəngli, ümumi çəkisi 218 kq 334 qram narkotik vasitə – heroin olduğu müəyyən edilib.

Qeyd edək ki, aşkar edilən heroinin Avropanın qara bazarında dəyəri 26 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki