Ermənistan Gümrü-Qars dəmir yolunun layihələndirilməsi üçün beynəlxalq müsabiqə elan edib.
Layihə 30 ildən çoxdur bağlı olan 21 kilometrlik Gümrü-Axurik hissəsinin bərpasını əhatə edəcək.
Layihənin dəyəri 15 milyon dollardır, lakin maliyyələşdirmə mənbəyi hələ müəyyən edilməyib. Bu arada, Türkiyə tərəfində işlər artıq davam etdirilir.
Əsas problem fərqli dəmir yol ölçüləridir (Ermənistanda 1520 mm, Türkiyədə 1435 mm). Gürcüstan modelinə əsaslanaraq həll yolu axtarılır.
Həmçinin, hər iki tərəf Anidəki tarixi körpünün bərpasına başlamağa yaxındır.


























