image-fb_img_1633553880973backend

Güney Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da …

image-reklam_sirab_01

Bu gün İran və Rusiyanın Azərbaycana qarşı düşmən mövqeyi bir sualı ortaya çıxardır.
1828-ci ildə Rusiya İmperiyası ilə Qacarlar ( bəzi mənbələrdə Qacar Türk, bəzi mənbələrdə Qacar İran yazılır) arasında imzalanan Türkmənçay müqaviləsini ləğv etmək mümkündürmü.

Bəzi mənbələrdə yazılır ki, bu müqavilə müddətsiz imzalanıb və burada heç bir konkret müqavilənin vaxtının bitməsinə dair bənd yoxdur. Həm də bəzi mənbələr iddia edir ki, hazırda müqaviləni imzalayan imperiyalar olmadığı üçün onun ləğvi üçün biz hara və kimə qarşı iddia qaldıra bilərik sualına cavab tapsaq bunu tələb edə bilərik.
İndi isə gəlin bənd bənd bu məsələlərə nəzər salaq:
1) 1979-cu ildə İran islam inqilabı nəticəsində süqut etdi. Bu zaman da yeni yaranmış İİR şahlığı xələf kimi görmədi və hər şeyi sıfırdan başlamaq qərarına gəldi. Yəni İran şahlığının hüquq və öhdəlikləri İİR-a şamil olunmur, o cümlədən Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər və səlahiyyətlər. Bu o deməkdir ki, İran cənubi Azərbaycanı əldə saxlamaq üçün Türkmənçay müqaviləsinə istinad edə bilməz. bu müqavilə artıq mövcud deyildir. Çünki müqaviləni bağlayan subyektlər hüquq varisi qoymadan ləğv olunmuşdur.
2) Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə aid heç bir cümlə olmayıb. Müqavilənin orijinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə ermənilər haqqında bir cümləyə belə rast gəlinmir. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой третиXIX в.», «Вестник Ленингр. У-та \ 1959, У.). Bu müqavilənin Fransız nüsxəsində də şəxsən erməni sözünə rast gəlməmişəm. Buna görə də sonradan bura həm xristian əhali sözünün dəyişilərək erməni sözünün keşiş Nersesin və Qirbayedovun əlavə edilərək 4-cü və 13-cü maddələr tamamilə dəyişməsini əsas gətirərək bu müqavilənin orjinal nüsxəsi ilə əks fikirlər təşkil etməsi bizə bu müqavilənin qüvvədən düşməsini yaxud da yenidən baxılmasını tələb etmək haqqı verir.
3) Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında ilk dəfə imzalanda 90 il müddət götürülüb, sonradan müddət orada götürülüb. Artıq 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətlər – Rusiya imperiyası və Qacarlar dövləti artıq yoxdur. Təbii ki, Rusiya bu dövrdən sonra Türkmənçay və Gülüstan müqavilələrindən əl çəkmiş sayılır. Azərbaycanın İrandakı keçmiş səfiri ,mərhum Əlyar Səfərli hesab edirdi ki, hazırda Şimali Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaradılıb, Azərbaycan xalqı müstəqil dövlət qurub. Güney isə İranın himayəsi altındadır. Əgər müqaviləni bağlayan tərəflərdən biri öz müqaviləsindən əl çəkmişsə, avtomatik olaraq digər tərəf də əl çəkməlidir.
4) Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.
5)Türkmənçay müqaviləsinin ləğvi ilk anda İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini aktuallaşdıracaq və bu qaçılmazdır. Beynəlxalq hüququn “Xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipi Cənubi Azərbaycana da şamil olunur və Cənubi Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da “Türkmənçay” sülh müqaviləsinin ləğvi bu prosesi sürətləndirəcək. Amma demək olmaz ki, “Türkmənçay” sülh müqaviləsi ləğv olunsa, Cənubi Azərbaycan dərhal müstəqil olacaq, sadəcə onun müstəqil olmasına əsas verən amillər güclənəcək.
6) İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb: “Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilməmiş dövlət strukturu yox idi. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.

Dosent Zaur Əliyev

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki