image-reklam-veteninfo
image-aa1backend

Hacıqabul rayonunda İİV və infeksion xəstəliklər üzrə müayinələr keçirilib

image-reklam-veteninfo

 

21.05 2023-cü il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Hacıqabul rayonunda İİV və digər infeksion xəstəliklərin konfidensial müayinəsi keçirilib.

Müayinə zamanı infeksion xəstəlik aşkarlanan şəxslər məxfiliyə riayət olunmaqla müvafiq müalicə xidmətlərinə yönləndirilib. İştirakçılara xəstəliklərin profilaktikası və sağlamlığın qorunması ilə bağlı maarifləndirici çap materialları, həmçinin tibbi-gigiyenik ləvazimatlar təqdim olunub.

Tədbirin əsas məqsədi infeksion xəstəliklərin erkən aşkarlanması, profilaktikası və əhali arasında sağlamlıqla bağlı məlumatlılığın artırılması olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki