image-reklam-veteninfo
image-s1backend

Hacıqabul və Şirvanda risk qrupları arasında maarifləndirici aksiyalar və test müayinələri keçirilib

image-reklam-veteninfo

Hacıqabul və Şirvan şəhərləri, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin Zərərin Azaldılması Proqramı çərçivəsində Hacıqabul və Şirvan şəhər mərkəzlərində yerləşən ofislərdə risk qruplarına daxil olan şəxslər arasında test müayinələri və maarifləndirici aksiyalar keçirilib.

Tədbirlərin əsas məqsədi risk qruplarına daxil olan şəxslərin sağlamlığının qorunması, infeksion xəstəliklərin profilaktikası, erkən aşkarlanmanın əhəmiyyəti barədə məlumatlılığın artırılması, həmçinin tibbi xidmətlərə və müayinə-müalicə imkanlarına çıxışın dəstəklənməsidir.

Aksiyalar çərçivəsində iştirakçılarla fərdi maarifləndirici söhbətlər aparılıb. Görüşlər zamanı sağlamlığın qorunması, xəstəliklərin vaxtında aşkarlanması, test müayinələrinin əhəmiyyəti və müalicə prosesinin əsas mərhələləri barədə ətraflı məlumat verilib.

İştirakçılara müayinə və müalicə prosesinin mərhələləri izah olunub, mövcud tibbi xidmətlərdən düzgün və vaxtında yararlanmağın vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, sağlamlıqla bağlı sualları cavablandırılıb və zərərin azaldılması yanaşmasının əhəmiyyəti barədə məlumat verilib.

Maarifləndirmə tədbirləri zamanı iştirakçılara müxtəlif informativ kitabçalar, eləcə də tibbi və gigiyenik ləvazimatlar paylanılıb.

“Feniks”Sağlam Həyat Təbliği İctimai Birliyinin Zərərin Azaldılması Proqramı risk qruplarına daxil olan şəxslərin sağlamlıq xidmətlərinə çıxışının yaxşılaşdırılması, profilaktik tədbirlər barədə məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki