image-1678365182_cavansirbackend

“Heç şübhəsiz ki, erməni cinayətkarlar buraxılış məntəqəsindən keçsələr həbs ediləcəklər” – Cavanşir Feyziyev

image-reklam_sirab_01

“Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqəsinin açılması ilə ölkəmizin ərazisinə qeyri- qanuni giriş-çıxış imkanları heçə endirilib”.

Bunu  deputat Cavanşir Feyziyev deyib.

Deputat əlavə edib:

“30 illik işğal müddətində Azərbaycan qanunlarını pozmuş, Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət törətmiş və hüquq-mühafizə orqanlarımız tərəfindən haqqında axtarış elan olunmuş şəxslər artıq sərhəd məntəqəsindən keçə bilməyəcəklər. Araik Arutyunyan və onun ətrafında toplaşan cinayətkarlar sərhəd məntəqəsini keçməyə cəhd göstərərlərsə, şübhəsiz ki, saxlanılacaqlar və onlarla bağlı istintaq-məhkəmə prosesləri aparılacaq. Əlləri Azərbaycan xalqının qanına bulaşmış bütün cinayətkarlar layiq olduqları cəzanı alacaqlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki