image-47backend

İbrahim Əhmədov: “SOCAR-ın dənizdə çalışan 28 əməkdaşı təxliyə olunub”

image-reklam_sirab_01

“Hava şəratitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, SOCAR bütün istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb”.

Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, dənizdə çalışan 28 nəfər SOCAR-ın əməkdaşı dünəndən təxliyə olunub: “Hava şəraiti normallaşdıqca normal iş rejimi bərpa olunur”.

Xatırladaq ki, havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb.

Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki