image-7backend

İçərişəhərdə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

image-reklam_sirab_01

Ölkəmizdə geniş şəkildə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində İçəriçəhər “Cümə” məscidi icmasının təşkilatçılığı ilə dövləq qurumlarının, Milli Məclisin deputatlarının, Qafqaz Müsəlmanları İdarəsi, şəhid ailələri üzvləri, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Müqəddəs kitabımız olan “Qurani Kərim”in oxunuşu ilə başlanan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərinindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən, onun ölkəmizin  inkişaf və tərəqqisi üçün atdiği addımlardan, ölkədəki dini ibadər yerlərinin təmiri, bərpasi və qorunması istiqamətində görgüyü işlərdən danışdı.

Qeyd edildi ki, hazırda Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində Prezidentimiz İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Son illər ərzində yüzlərlə dini-ibadət yerlərinin tikintisi, təmiri aparılıb. Bu gün işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və cox sevindirici haldır ki, bərpa edilən və yeni tikilən obyektlər arasında mənfur düşmənlərin dağıtdığı məscidlərimiz də vardır. Hacı Surxay bu işlərində cənab Prezidentimizə və onun xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirib.

Tədbirdə çıxış edənlər Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın  Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrahova və Mehriban Əbdürrəhmanova qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli liderimiz mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durub.

Bu gün milli-mənəvi dəyərlərimiz Ulu Öndərin siyasətinin layiqli davamçısı, Prezident, Vətən müharıbəsində qalib Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qorunur. Ulu Öndərin milli-mənəvi irsin qorunması siyasətinin davamı kimi aparılan yenidənqurma işlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti vardır. “Heydər Əliyev” Fondunun prezidenti kimi Mehriban xanım Əliyeva Azərbaycanın bütün güşələrində, o cümlədən Səbail rayonundakı Bibi Heybət ziyarətgahında, həmçinin digər bölgələrimizdə və xüsusilə də işğaldan azad edilən ərazilərdə böyük abadlıq və quruculuq işlərinə imza atmışdır.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki