image-reklam-veteninfo
image-5-analiz-ofisbackend

İİV, hepatitlər və CYYİ üzrə növbəti test aksiyası keçirilib

image-reklam-veteninfo

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin ofisində İİV, cinsi yolla ötürülən infeksiyalar (CYYİ), hepatit B və C üzrə növbəti anonim və könüllü test aksiyası keçirilib.

Aksiya çərçivəsində 550-yə yaxın şəxs testdən keçib. Müəyyən hallarda müsbət nəticələr aşkarlanıb və həmin şəxslər sonrakı tibbi müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib və müşayiət olunublar.

İİV-lə bağlı təsdiqlənmiş hallarda şəxslərin Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata alınmasına və ARV terapiyasına başlamasına dəstək göstərilib. Cinsi yolla ötürülən infeksiyalar və hepatitlərlə bağlı müraciətlərdə isə şəxslər müvafiq həkimlərə yönləndirilib və müalicə prosesinə çıxışları təmin edilib.

Təşkilat bildirir ki, müntəzəm test xidmətlərinin əsas məqsədi infeksiyaların erkən aşkarlanması və insanların vaxtında tibbi xidmətlərə yönləndirilməsidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki