“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə İİV/QİÇS sahəsində fəaliyyət göstərən təşkilatların iştirakı ilə onlayn konfrans keçirilib.
Konfransa MDB ölkələrindən İİV profilaktikası və İİV-lə yaşayan şəxslərlə iş istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri qoşulublar.
Görüş zamanı iştirakçı ölkələrdə İİV-in profilaktikası sahəsində mövcud olan ümumi problemlər, xidmətlərə çıxış, maarifləndirmə və icma ilə iş məsələləri müzakirə olunub. Tərəflər öz təcrübələrini bölüşərək mövcud problemlərin həlli və gələcək əməkdaşlığın gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.
Konfransın əsas məqsədi müxtəlif ölkələrdə çalışan təşkilatlar arasında təcrübə mübadiləsini gücləndirmək və İİV profilaktikası sahəsində ümumi problemlərin həllinə birgə yanaşmalar formalaşdırmaq olub.


























