image-reklam-veteninfo
image-43backend

İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günü qeyd olunub

image-reklam-veteninfo

İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günü hər il may ayının üçüncü bazar günü qeyd olunur. Bu gün İİV/QİÇS səbəbindən həyatını itirmiş insanların xatirəsini yad etmək, xəstəlik barədə maarifləndirməni artırmaq, ayrı-seçkilik və stiqmaya qarşı mübarizəni gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bu məqsədlə “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi tərəfindən 19 may 2023-cü il tarixində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə İİV/QİÇS-in yayılma yolları, profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti və müasir müalicə imkanları barədə məlumat verilmişdir.

Tədbir iştirakçılarına İİV-lə yaşayan insanlara qarşı humanist və tolerant münasibətin vacibliyi izah edilmiş, stiqma və ayrı-seçkiliyin xəstəliklə mübarizəyə mənfi təsiri vurğulanmışdır. Həmçinin İİV-in vaxtında müəyyən edilməsi və müalicəyə başlanmasının insanların həyat keyfiyyətinin qorunmasında mühüm rol oynadığı qeyd edilmişdir.

“İnkişaf-2006” İctimai Birliyi bu cür tədbirlərlə İİV/QİÇS haqqında düzgün məlumatlılığın artırılmasına, profilaktikanın gücləndirilməsinə və İİV-lə yaşayan insanların hüquqlarına hörmətli münasibətin formalaşmasına öz töhfəsini verir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki