Rusiya ÇSKA-sının hücumçusu Çidera Ejuke və yarımmüdafiəçi Arnor Siqurdsson Moskva klubu ilə müqaviləni dayandırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçular FİFA-nın klubla müqaviləni 2023-cü il iyunun 30-dək dayandırmağa imkan verən düzəlişindən yararlanıblar.
Klub futbolçuların müqavilə öhdəliklərinə baxmayaraq verdiyi qərardan təəssüfləndiklərini qeyd edib. ÇSKA FİFA-nın qərarı ilə bağlı məhkəmələrə müraciət etməyi planlaşdırdıqlarını da əlavə edib.