image-reklam-veteninfo
image-1backend

İmişlidə “Şəhid övladlarının İT məktəbi” layihəsi çərçivəsində yekun tədbir keçirilib

image-reklam-veteninfo

“Araz” Humanitar Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid övladlarının İT məktəbi” layihəsi çərçivəsində kompüter təlimlərinin başa çatması münasibətilə İmişli şəhərində yekun tədbir keçirilib.

Tədbirdə kompüter təlimlərində iştirak etmiş şagirdlər, şəhid və müharibə iştirakçılarının ailə üzvləri, valideynlər, QHT nümayəndələri və müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütvəli Zeynallı bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid övladlarının İT məktəbi” layihəsi çərçivəsində şagirdlər üçün iki ay müddətində kompüter təlimləri təşkil olunub. O qeyd edib ki, layihənin əsas məqsədi şəhid övladlarının informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların rəqəmsal savadlılığının inkişaf etdirilməsi və gələcək təhsil və peşə həyatına daha yaxşı hazırlanmasına töhfə verməkdir.

Lütvəli Zeynallı kompüter təlimlərini uğurla başa vuran şagirdləri təbrik edərək onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən şagirdlər, valideynlər, müharibə veteranları və müəllimlər dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar belə sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə görə “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinə və layihənin maliyyə dəstəyini göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin davamlı olmasını arzulayıblar.

Tədbirin sonunda kompüter təlimlərini müvəffəqiyyətlə başa vuran şagirdlərə sertifikatlar təqdim olunub.

image-1 image-2 image-3 image-4 image-5




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki