image-arzuman_muradli-yeni_foto_-2backend

“İran tərəfi öz çirkin siyasətindən əl çəkməli, münasibətlərin normallaşması üçün addımlar atmalıdır” – Arzuman Muradlı

image-reklam_sirab_01

“Rəsmi Tehran Azərbaycanın İrandakı səfirliyinin yenidən açılmasını istəyir. Bu məqsədlə İran və Azərbaycan xarici işlər nazirləri tez-tez telefonla danışırlar. Qonşu ölkədə səfirliyin bağlı qalması Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq Tehran səfirliyimizin açılması üçün zəruri addımlar atmayıb.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Azərbaycanın İrandakı səfirliyi öz işini bərpa etməlidir.

“Amma hələdə də İran tərəfi üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bu günə qədər  səfirliyimizə terror hücumunun araşdırılmasıyla bağlı sİran ciddi addım atmayıb. Maraqlıdır ki, hətta səfirliyimizə hücum edən şəxsi İran bu günə qədər həbs etməyib. Bu onu göstərir ki, Azərbaycan tərəfi hətta səfirliyimizin fəaliyyət üçün təhlükəsizlik təminatı versə belə, bu inandırıcı deyil. Çünki səfirliyimizə terror hücumu görüntülərindən aydın oldu ki, səfirlik binası ətrafındakı polislər hücumun qarşısını almaq üçün heç nə etməyiblər, ən pis halda isə özləri şərait yaradıblar.İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Azərbaycan və İran xarici işlər nazirləri son telefon danışığı zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımları razılaşdırblar. Tehran bununla demək istəyib ki, iki ölkə arasındakı gərginlikləri həll etmək mümkün deyilsə, heç olmasa onları idarə etmək lazımdır ki, vəziyyət indikindən də pis olmasın. Hesab edirəm ki, İran tərəfi öz çirkin siyasətindən əl çəkməli, münasibətlərin normallaşması üçün addımlar atmalıdır. Amma fars molla rejiminin indiki siyasətindən əl çəkməyəcəyi aydındır”- deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image