image-1backend

İran xarici işlər nazirinin əsl kimliyi üzə çıxdı – SENSASİON DETAL/FOTO

image-reklam_sirab_01

Mayın 7-də İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumu olub.

Musavat.com-un İran mənbələrinə (Azad İran) istinadən verdiyi xəbərə görə, məlum olub ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH və onun Qüds qanadının köhnə üzvlərindən biri olub və hazırda radikal və yarıhərbi Bəsic qüvvələrinin fəal üzvüdür.

Haker hücumundan sonra XİN saytına bir neçə saatlığına giriş mümkün olmayıb. Hücum barədə xəbəri Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani təsdiqləyib.

Hakerlər hücumla bağlı yaydıqları məlumatda XİN-in 11 min işçisi və İranın xaricdə fəaliyyət göstərən diplomatları haqda məlumatları ələ keçirdikləri bildiriblər.

Haker qrupunun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin 210 saytı və sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.

Xarici İşlər Nazirliyinin Bəsic Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin siyahısı, Xarici İşlər Nazirliyindəki “Kərbəla” Bəsic Təşkilatının siyahısı ələ keçirilən sənədlər arasındadır.

Qeyd edək ki, İranda mühüm və həssas infrastrukturlara kiberhücumlar son illərdə əhəmiyyətli dərəcədə artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki