image-345446134_896287924772337_3897498275703507949_nbackend

İran XİN sözçüsü: “İran və Azərbaycan xalqları arasındakı əlaqələr sarsılmazdır”

image-reklam_sirab_01

Vətəninfo.az ANAJ saytına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani həftəlik brifinqdə müxbirin sualına cavabında iki ölkə xarici işlər nazirləri arasında təmasların baş tutmasına və son vaxtlar yaranmış anlaşılmazlıqlara aydınlıq gətirilməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin İrana qarşı “qeyri-dost bəyanatlarına” belə münasibət bildirib: “Biz Azərbaycanla əlaqələrə dair fikirlərimizi aydın və şəffaf şəkildə bildirdik. İki ölkənin xalqları arasında əlaqələr qırılmazdır və dərin mədəni və tarixi köklərə malikdir. Biz iki ölkənin mənafeyinə uyğun olmayan və münasibətlərdə gərginlik və böhran yaratmaq istəyən tərəflərin maraqlarına xidmət edən mövqe tutmamalıyıq”.
Sitat: “İranla Azərbaycan arasında mübahisəli məsələlərə, xüsusilə də Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı məsələyə gəlincə, biz problemləri həll etmək, acı səhifələri bağlamaq və irəli getmək üçün diplomatiyaya meydan verməyə hazırıq.
Bir daha vurğulayırıq ki, tribunalarda xüsusilə də mübahisəli məsələlərlə bağlı söylənən fikirlər onların həllinə kömək etmir. Daha öncə bildirdiyimiz kimi, iki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlar əsasında anlaşılmazlıqların aradan qaldırılması və mübahisələrin həlli üçün praktiki addımlar atılıb və ikitərəfli müzakirə yolları müəyyən edilib.
Tribunalardan birtərəfli və qeyri-dəqiq fikirlərin səsləndirilməsi onların doğrubolmasi demək deyil. İcazə verək ki, tərəflər müəyyən edilmiş yol xəritəsi çərçivəsində problemləri həll etsin, irəliyə doğru addım atsın”.
“Biz iki ölkənin mənafeyinin qorunmasını və müsbət qonşuluq əlaqələrinin diplomatik prinsiplər əsasında qorunmasını zəruri hesab edir və bu yöndə israrlıyıq. Biz iki ölkə münasibətlərində boşluq və qeyri-stabillik yaratmaq istəyən tərəflərə sui-istifafə etmələri üçün icazə verməməliyik”,- deyə Kənani əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki