Vətəninfo.az İRNA istinadən xəbər verir ki, İran Üçüncü Xəzər İqtisadi Sammitinə sahilyanı ölkələrin baş nazirlərinin iştirakı ilə noyabrın ortalarında ev sahibliyi edəcək.
Məlumata görə, dünən Tehranda Xarici İqtisadi Əlaqələrin Koordinasiyası Qərargahının iclası keçirilib. İclasda İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfərinin sədrliyi və Qərargahın üzvləri iştirak ediblər.
Görüş zamanı iştirakçılar Tacikistanla iqtisadi-ticarət əlaqələri və xüsusilə Fars körfəzi ölkələrindən xarici investisiyaların cəlb edilməsi strategiyalarını araşdırıb, bəzi ölkələrlə birgə iqtisadi komissiyaların rəhbərlərini təyin ediblər.
Qeyd edək ki, İranın ev sahibliyi ilə baş tutacaq sammit nəqliyyat, müştərək investisiyalar, neft-qaz, maliyyə-bank, texniki və mühəndislik sahələrində keçiriləcək.