image-reklam-veteninfo
image-1backend

İraq İranla sərhəddə keçid məntəqəsini bağladı – səbəb nədir?

image-reklam-veteninfo

İraq hakimiyyəti İranla sərhəddə yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Vətəninfo.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, qərar noyabrın 23-də günorta saatlarından sonra qəbul edilib. Bağlanmaya səbəb gömrük sistemlərində yaranan texniki nasazlıq olub.

Sərhəd-keçid məntəqəsinin nə vaxt yenidən fəaliyyətə başlayacağı barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Şələmçə İranla İraq arasında yerləşən əsas sərhəd-keçid məntəqələrindən biridir. Bu keçid həm sərnişinlərin hərəkəti, həm də iki ölkə arasında ticarət əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki