2023 ilin noyabr ayının 20-də İraq respublikasının prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri baş tutub. Bu Azərbaycana İraq dövlət başçısının ilk səfəridir. Əslində iki ölkə arasında ilk əlaqələr 90-cı illərin əvvəllərindən başlayır. 1992-ci İraq və Azərbaycan arasında diplomatik əlaqələr qurulub. 2016-cı ildə isə Bağdad şəhərində Azərbaycan respublikasının səfirliyi başlayıb. Ölkələrimiz arasında siyasi – iqtisadi əlaqələr beynəlxalq təşkilatlarda ocümlədən İƏT və Qoşulmama təşkilatında inkişaf edirdi.
20 noyabr səfərinin əslində Azərbaycan İraq dövlətləri arasında yeni və daha güclü əlaqələrin yaranmasına ticarət və turizm sahələrinin inkişafına səbəb olacaq. İraq rəhbəri Əbdüllətif Camal Rəşid səfəri əsasında Azərbaycan Respublikasının prizidenti cənab İlham Əliyevlə görüşü baş tutub. Görüş əsasında ölkələr arasında müxtəlif istiqamətli müqavilələr imzalanmışdır. Prizdent Əbdüllətif Camal Rəşidin görüş zamanı İlham Əliyevə qarşı istifadə etdiyi “ Əlaqələrin gücləndirilməsi ticarət siyasət və eləcədə beynəlxalq münasibətlərə dair məsələlərdə Sizdən məsləhət almaq çox yaxşıdır”. Bucür bir ifadəni bu yaxınlarda İngiltərənin keçmiş baş naziri indiki xarici işlər naziri David Cameronda bildirmişdir. David Cameron “ İlham Əliyev beynəlxalq vəziyyəti oxumaqda çox bacarıqlıdır “ ifadəsi Əbdüllətif Camal Rəşidin hansı səbəbdən məsləhət ifadəsi işlətdiyini bir daha açıqlayır.
2020-ci il ikinci Qarabağ müharibəsi artıq Azərbaycanı cənubi qafqaz regionunun ən əhəmiyyətli dövlətinə çevirdi. Bu isə bir başa ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətlə bir başa əlaqəlidir. Məhz müharibədən sonra bölgənin siyasi tarixində yeni bir səhifə açıldı. Əslində diqqət etsək son zamanlar Azərbaycana xarici ölkələrin nümayəndələrinin gəlişi artıb. Bundan əlavə dünya dövlətləri bizimlə qarşılıqlı ticarəti diplomatik münasibətləri inkişaf etdirməkdə səy göstərirlər. Bunun səbəbi aydındır. Yeni dünya nizamında Azərbaycan artıq əhəmiyyətli mövqeyə sahibdir. Düzdü Azərbaycanın uğurlarını qaralamağa çalışan dövlətlər olacaq. Onların məqsədi qafqazda mövcud olan sakitliyi müharibə ilə əvəzləməkdir. Uzun illər Azərbaycan ərazisinin 20 faizi işğal altında qalmış 1 milyona yaxın vətəndaşı məcburi köçkünlük həyatı yaşamışdır. Bizim bu zülmə dözməyimizə səbəb bir müharibə istəməməyimiz və dünya dövlətlərinin ədalətliyinə etibar etməyimiz olmuşdur. Lakin əfsuslar olsun ki, bu məsələdə nə ATƏT-in MİNSK qrupu nədə BMT TŞ-sı heç bir ciddi tədbir görməmişdir. Nəhayət Azərbaycan tərəfi məcburi surətdə öz ərazisini terorçu qüvvələrdən təmizləməyə nail olmuşdur.
Cənab Prezident İlham Əliyev dəfələrlə istər mediya vasitəsi ilə istərsə də beynəlxalq təşkilatlar vasitəsi ilə həmişə bildirmişdir ki, Azərbaycan öz gücü hesabına Qarabağ məsələsini həll etmiş və öz ərazisinə tam nəzarəti təmin etmişdir. Biz artıq bölgədə müharibə yox, sülh istəyirik.
Lakin biz nə görürük. Fransa kimi bəzi ölkələr bölgədə desturiktiv rol oynaması Ermənistanı silahlandırması bölgədə yeni müharibəni başlatmaq istədiklərini göstərir. İlham Əliyev bütün görüşlərində bildirmişdir ki, biz artıq müharibə yox bölgədə sülhün iqtisadi inkişafın olmasını istəyirik.
Bu gün artıq Azərbaycan dünəni ilə yaşamır sabahını qurur. Artıq bizim üçün ən vacib məqamlar ticarətin beynəlxalq nəqliyyat və rabitə yollarının inkişafı ən vacib məqamdır.
Ceyran Novruzova
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru