image-img-20231125-wa0020backend

İraq Respublikası Prizdenti Əbülfəz Camal Rəşidin ölkəmizə səfəri

image-reklam_sirab_01

Ermənistan beynəlxalq təsisatlara fikir vermədən əzəli Azərbaycan torpağlarına təcavüz edib. 20%-dən çox torpaqlarımızı işğal etdi. Bir milyondan çox əhalimiz keçmiş Dağlıq Qarabağ muxtar vilayəti və ətraf ərazilərdən çıxarılması ilə nəticələndi. Ermənistan bizim torpaqlarımızı işğal altında saxamaq istəyirdi. İşğalı həll etmək üçün yaradılan ƏTƏT’in minski qrupu 28-il ərzində heç bir iş görmədi.
Əksinə erməni yönümlü bu təşkilat erməniləri müdafiə etdi. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri döyüş meydanında hərbi gücdən və BMT nizamnaməsinin hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkanlardan istifadə edərək torpaqlarımızı işğaldan azad etdik. Ermənilər son olaraq qərb havadarlarına qulaq asaraq Azərbaycanın sülh təklifini yenə qəbul etmədi. 2020 ci-il 44 günlük müharibədə və 2023 sentyabrın 19-u 24 saatdan az davam edən müharibədə erməni separatcıların son məntəqləri dağıldı. Mülki əhali arasında heç bir itki olmağı Dağlıq Qarabaq Respublikası adlandırdıqları bu qeyri qanuni qurum buraxıldı. Suverenlyimiz bərpa olundu. Azərbaycan bayrağı hər bir ərazidə dalğalandı.
Azərbaycan bu möhtəşəm qələbədən sonra ermənilərə sülh təklifi ilə bağlı dəfələrlə müraciət etdi. Təkliflərimizə aid qeydlərdə ermənilər saat 11 dən indiyədək iki aydan artıqdır gözləyirik. Bizə hələki cavab vermirlər. Əvvəllər olduğu kimi ermənilər öz işğalcı siyasəti ilə seçilən Fransa, ABŞ və başqa dövlətlərə meyl edirlər. Fransa Ermənistana silah verir və onların Cənubi Qafqazda yenidən müdafiədə etməyə şövq edir.
Heç bir təzyiq Azərbaycan xalqını öz iradəsindən döndərə bilmədi. Hal-hazırda Azərbaycan bir çox Avropa-Asiya ölkələri ilə Hərbi-iqtisadi siyasi əlaqələr yaradır. Belə ölkələrdən biridə İraq Respublikasıdır.
2023-cü il Noyabrın 19-da İraq Respublikasının Prizdenti Əbdüllətif Camal Rəşid ölkəmizə səfər etdi. İraq 1958-ci ildə monarxiya rejiminə son qoyuldu. Bu müsəlman ölkəsində xalqımızın əjdatları olan İraq türkmənləri Kərküklər yaşayır. Onlar müxtəlif təziqlərə məruz qalsalarda öz varlıqlarını qoruyub saxlamışlar. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prizdentinin Azərbaycana ilk rəsmi səfəridir.
Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədaltli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazərıq.

İraq Respubliksının Prizdenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər:

“Azərbaycan Respublikasının Əmək və əhalisi sosial müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial işlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandomu”;

“Azərbaycan Respublikasının Dövlət turizm Agentliyi ilə İraq
Respublikasının mədəniyyət,Turizm və Tarixi abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

“Azərbaycan Respublikasının Höküməti ilə İraq Respublikası Höküməti arasında hava əlaqsi haqqında Saziş”;

Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər:
2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır;

30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikasının arasında diplomatik münasibətlər qurulmuşdur;

20 may 2011-ci ild tarixində Azərbaycan Respublikası Höküməti və İraq Respublikası Höküməti arasında Ticarət, iqtisadi, elmi ,texniki və mədəni əməkdaşlıq üzrə Hökümətlərarası Birgə komissiya yaradılmışdır;

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prizdenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi formunda iştirakı çərçivəsində İraq Kürdüstan Reional Hökümətinin başcısı cənab M.Bərzani ilə görmüşdür;

İraq Respublikasının Prizdenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasıın Ərazi bütovlüyünü dəstəklədiyni bildirmişdi. Biz inanırıq ki, Dünyamız nə qədər çətin və qarışıq olmasına baxmayaraq ədalət öz yerini tapacaq. Azərabaycan hərb sayəsində əldə etdiyi qələbə kimi siyasi sahədədə qalib olacaqdır. Azərbaycan Sülhə Hazırdır.
Şahvələd Əhmədov
Suraxanı rayonu, 285 saylı tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki