image-reklam-veteninfo
image-image_750x_64fac2e68e941backend

“İrəvanın bu addımlarını qəbul etmirik”- Zaxarova

image-reklam-veteninfo

Ermənistanın informasiya məkanı son vaxtlar Rusiya haqqında birtərəfli və mənfi mesajların yayılması tendensiyası ilə xarakterizə olunur ki, bu da heç bir tərəfi qane edə bilmir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan media forumunun iştirakçılarına  müraciətində bildirib.

“Düşünürəm ki, Ermənistanın informasiya məkanında son vaxtlar Rusiya və Ermənistan-Rusiya münasibətləri ilə bağlı birtərəfli, neqativ, çox vaxt sadəcə həqiqətə uyğun olmayan məlumatların yayılması istiqamətində hökm sürən aydın tendensiya nə sizi, nə də bizi qane edə bilməz. Bu, təbii ki, iki xalq arasında ənənəvi dostluq xarakterinə ziddir”, – diplomat vurğulayıb.

Onun sözlərinə görə, Moskva Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçilik yaratmaq cəhdlərini, o cümlədən erməni xalqının bütün bədbəxtliklərində Rusiya Federasiyasını günahlandırmaq cəhdlərini qəbuledilməz hesab edir.
Bundan əlavə, Zaxarova qeyd edib ki, Ermənistanın qanunu pozmayan rusiyalı fiqurları ölkəyə buraxmaqdan imtina etməsi Rusiya Federasiyası ilə əməkdaşlığa ciddi ziyan vurur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki