image-1backend

İsrail Qəzza zolağına zərbələr endirdi

image-reklam_sirab_01

İsrail son 24 saat ərzində Qəzza zolağında 50-yə yaxın hədəfə hava zərbəsi endirib.

İsrail Ordusu və Daxili Kəşfiyyat Xidməti (Şin-Bet, Şabak) son 24 saatda Qəzza zolağına edilən hücumlarla bağlı açıqlama verib. Bəyanatda, Qəzzada 50-yə yaxın hədəfə zərbə endirildiyi, bu hədəflər arasında hərbi obyektlər, silah anbarları, silah istehsal müəssisələri və müşahidə məntəqələrinin olduğu qeyd edilib.

Açıqlamada həmçinin, mülki insanlara zərər vermə ehtimalını azaltmaq məqsədilə xüsusi silahlardan istifadə edildiyi vurğulanıb.

Qəzzadakı Mülki Müdafiə İdarəsindən verilən açıqlamaya görə, atəşkəsin elan edilməsindən sonra İsrailin həyata keçirdiyi hücumlarda 21-i uşaq, 25-i qadın olmaqla 77 fələstinli həyatını itirib, azı 250 nəfər isə yaralanıb.

Həyatını itirənlərdən 66-nın Qəzza şəhərindən, 7-nin Xan Yunisdən və 4-nün isə Qəzza zolağının mərkəzi hissəsindən olduğu bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image