image-196-gulnar-murselovabackend

İsrail və Azərbaycan: ”Mehriban münasibətlər və gələcək perspektivlər”

image-reklam_sirab_01

 

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir.

Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında prezidentlərin birgə bəyənatları bir daha sübut edir ki, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.  İsrailin müstəqilliyinin 75 illiyi, eyni zamanda İsrail Azərbaycan arasında çox güclü əlaqələrin 30 illiyi qeyd edildi Tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsrailin və Azərbaycanın davamlı tərəqqi və inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İsxak Hersoq deyib ki, xalqlarımız arasındakı əlaqələrin qədim tarixi var. Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir. Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması əlaqələrimizin yeni müstəvidə inkişafına kömək edəcək.

Görüş zamanı irriqasiya və kənd təsərrüfatı sahəsində planlar və görülmüş işlər müzakirə edildi. İsrailin bu sahədə böyük nailiyyətləri var və Azərbaycan kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarını şaxələndirmək istəyir.

Azərbaycanın uzun illərdir ki, müdafiə sənayesi sahəsində İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Görüşdə qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə edildi. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir.

Mayın 30 “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.  Bu əməkdaşlıq həm də gələcək strateji əməkdaşlıq üçün müəyyənləşən yol xəritəsinin bir hissəsidir.

 

Gülnar Mürsəlova

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin coğrafiya müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki