image-a0694b5e-b42f-3edf-9358-5fcf96fb6f0c_850backend

İsveçrədə Rekordlar Kitabına daxil olan 1 905 m uzunluğunda qatar düzəldilib

image-reklam_sirab_01

İsveçrənin dəmir yolu şirkəti 1905 metr uzunluğunda 100 vaqondan ibarət qatar yaradaraq Ginnesin Rekordlar kitabına düşüb.

Bu barədə “United Press International” agentliyi məlumat yayıb.

Bildirilib ki, qatar təxminən bir saata 25 km yol qət edib.

Səyahətdə iştirak edən Ginnesin Rekordlar Kitabının nümayəndəsi qatarın rəsmi olaraq dünyanın ən uzun dar raylı sərnişin qatarı rekordunu qırdığını təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki