İtaliya millisinin sabiq futbolçusu Fabio Kvalyarella “Sampdoriya” ilə müqaviləsinin müddətini uzadıb.
39 yaşlı hücumçu 1 illik yeni sözləşməyə imza atıb.
Bu, təcrübəli forvardın A Seriyasında 20-ci mövsümü olacaq.
Qeyd edək ki, Fabio Kvalyarella 2016-cı ildən “Sampdoriya”da çıxış edir.