image-kamaleddinbackend

Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə

image-reklam_sirab_01

çətinliklərə rəğmən fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarının birində bu amilin vacibliyini vurğulayaraq demişdir: “Bu qələbənin qazanılmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan SSR-in nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu… Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü məhz Bakı benzini ilə işləyirdi. Marşal Rokossovski bu barədə demişdir: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur””.

K.Qafarov faşizm üzərində əldə olunan qələbənin ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu xüsusi vurğulayıb və bunun mühüm göstərici olduğunu bildirib:

“Faşizm üzərində tarixi qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Ölkə Prezidenti İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Möhtərəm dövlət başçımız cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Azərbaycan xalqı faşizm üzərində qələbəyə həqiqətən də möhtəşəm töhfələrini vermişdir və dünya bunu heç zaman unutmamalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki