image-22backend

Kamaləddin Qafarov: “Azərbaycan-Qazaxıstan dostluq əlaqələri genişlənir”

image-reklam_sirab_01

Kamaləddin Qafarov: “Azərbaycan-Qazaxıstan dostluq əlaqələri genişlənir”

“Bu gün Azərbaycanın strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində münasibətlərini sürətlə dərinləşdirdiyi dost ölkələrdən biri də Qazaxıstandır. Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. “Dövlət başçımızın Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Bu ilin mart ayının 11-də isə, Qazaxıstan Prezidenti növbəti dəfə ölkəmizə rəsmi səfərə gəlib. Dövlət başçılarının görüşü zamanı bir çox vacib məsələlər müzakirə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin əsas istiqamətlərinə dair fikir mübadilələri aparılıb.”

K.Qafarov hazırda Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq deyib: “ Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Məsələ bundadır ki, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Dövlət başçımızın dediyi kimi, Xəzər bu gün təkcə Azərbaycan ilə Qazaxıstan arasında yox, həm də bir çox ölkələr arasında körpü rolunu oynayır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Bu bazanı formalaşdırmış əsas amil də budur ki, həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Hər ikisi zəngin təbii ehtiyatlara malik olmalarına baxmayaraq, bu ölkələr nəqliyyat infrastrukturlarının bu gün beynəlxalq standartlara tam uyğun gəlməsini qarşılarına məqsəd qoyublar və buna nail olublar. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib və bu gün həmin layihələrin nəticələrindən bütün region ölkələri də bəhrələnə bilirlər.”

Daha sonra K.Qafarov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkənin verdiyi töhfənin səmimi dostluğun təzahürü olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımızın təqdim etdiyi açıqlamalarda xüsusilə diqqəti cəlb edən məqamlardan biri də Qazaxıstanın ölkəmizə etdiyi hədiyyənin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Prezident İlham Əliyev öz çıxışında işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikildiyini bir daha diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Şübhəsiz bu Mərkəz ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək. Bu münasibətlər isə, əlbəttə ki, bütün Türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir” .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki