image-38backend

Karantin rejimi ilə bağlı 18 minə yaxın ticarət obyekti monitorinq edilib

image-reklam_sirab_01

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti oktyabrın 25-dən bu günə qədər sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə 17 774 ticarət obyektində monitorinq aparıb.

Veteninfo.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, müşahidələr nəticəsində 2 261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1 635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 632 700 manat inzibati cərimə tətbiq edilib.

“Pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət məqsədilə ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, pozuntu hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək”, – deyə qurum bəyan edib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki