image-9fe9c160-aec1-3322-8e53-1c5e1ec7954f_850backend

Kipr klubunun Bakıya səfər proqramı açıqlanıb

image-reklam_sirab_01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq Kipr “Aris”inin Bakıya səfər proqramı açıqlanıb.

Limassol təmsilçisi matçdan 2 gün əvvəl – iyulun 26-də Larnaka hava limanından çarter reysi ilə Azərbaycan paytaxtına yola düşəcək.

İyulun 27-si saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qonaqlar matçdan bir gün sonra – iyulun 29-da Kiprə qayıdacaq.

Qeyd edək ki, “Bakcell Arena”da təşkil olunacaq “Neftçi” – “Aris” görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda “ağ-qaralar” rəqibinə 0:2 hesabı ilə uduzub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki