image-6a1ecc1b-b3c3-3efc-a1ac-990880160484_850backend

KİV: “PSJ Ronaldunu almaq fikrindən daşınıb”

image-reklam_sirab_01

Fransa “Paris Sen-Jermen” klubunun rəhbərliyi İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Kriştianu Ronaldunu almaq fikrindən daşınıb.

Bu barədə ESPN nəşri məlumat yayıb.

Bildirilib ki, PSJ hazırda Ronaldunu uyğun futbolçu hesab etmir, həm də klubun futbolçunun maddi ehtiyacını ödəməyə imkanı yoxdur.

“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu fakt portuqalın İngiltərə klubunda qalmaq istəyinə təsir edir.

Qeyd edək ki, Kriştianu Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. 37 yaşlı hücumçu 2021/2022 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki