Kiyevdə güclü partlayış baş verib. Bu barədə RİA Novosti Ukrayna KİV-nə istinadən xəbər verir.
“Kiyevin Borşaqovkasında güclü partlayış qeydə alınıb”, – agentlik yazır.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Bundan əvvəl Ukrayna mediası Odessa vilayətinin İzmail limanına hücum və partlayışlar barədə məlumat yayıb, bundan sonra dəniz terminalları ərazisində yanğın baş verib.
Vətəninfo.az RİA Novosti istinadən xəbər verir ki, Rusiya silahlı qüvvələri zərbə zamanı yüksək dəqiqliyə malik uzaqmənzilli dəniz silahlarından istifadə edib.


























